Azərpoçt MMC-Nin Özünəməxus Oyunları Var…backend

Hərdən fikirləşirdim ki, Ali Baş Komandan bu qədər gecə-gündüz çalışırsa, gərək bütün nazirlər və onlara tabe olan idarələr daha çevik ola və Prezidentimizə kömək məqsədi ilə heç olmasa öz işlərində şəffaf olalar. Ancaq gördüyüm mənzərə məni xəyal qırıqlığına uğratdı. Götürək elə bu günlərdə qoçuluq edən Azərpoçt MMC-ni. Bu günə qədər 1500 nəfərdən artıq işçini məcburən işdən çıxartmışdır. Xoruzun quyruğu görünməsin deyə bəzilərini DOST MMC-yə işə qoydurmuş və sonra da mətbuat konfransı keçirib mənfəətlə işlədiyini bildirmişdir. Yəqin ki, bir gün soruşan olacaq ki, ay Əfqan Cəlilov, 1500 adamı minimum aylıq əmək haqqı ilə hesablasan və onu da sizin dediyiniz kimi 6 aya vursan, sənin mənfəətinin hələ bir hissəsini xərcləmiş olursan. Bəs onda hansı mənfəətdən danışırsan. Mövzudan uzaqlaşmaq. Çünki Azərpoçt MMC-nin başqa oyunları da var. Mən deyə bilmərəm hansı millətdə kimsə bir iş görmək istəyəndə qadınları qabağa salırlar. Yəqin ki, oxucularımız özləri seçərlər ki, o hansı millətdir. Bax həmin millətin oyunu elə Azərpoçt MMC-də də var. Belə ki, bütün rəhbərlik kişi heyəti olsa da Cahan adlı bir xanımı meydançada tək qoyublar. Bütün işdən çıxarılan işçilərə ancaq Cahan xanım cavab verir. O da ki, yazıq qızcığaz o qədər də əmək məcəlləsinin dərin bilmədiyi üçün birinə hədə-qorxu gəlir, digərinə xahiş edir. Bir sözlə, bir təhər başını girələyir. Bəzi işçilər haqqını tələb etdikdə Cahan yüz rola girir. Neyləsin bu yazıq. Onu da başda oturub başı pula qarışanlar aldadır. Bəli başları pula qarışanlar. Çünki Cənab Əfqan Cəlilova elə vədlər, elə təkliflər söyləyirlər ki, hətta cənab Cəlilov Azərbaycan Respublikasının qanunlarını belə unudub. Aldığımız məlumatlara görə Əfqan Cəlilov hətta öz ətrafında müavinlərin belə istəyəndə hüquqlarını dondurub öz məhlə uşağı Məhəmməd Topalova ötürür. Çünki Əfqan Cəlilov və Məhəmməd Topalov hər ikisi Mingəçevir şəhərində bir küçədə böyümüşdürlər. Ona görə də kişi yalnız Topalova etibar edir. Hətta hansı işçini hara qoymaq, yaxud işdən çıxartmaq lazımdırsa ancaq M.Topalov göstəriş verə bilər. Onda sonra pas verilir Cahan xanıma. Hə bir də onu bildirək ki, Topalovun 1 iş görəni də var ki, arada müvəqqəti Şamaxı poçt filialına rəis əvəzi qoyuldu. Necə qoyulduqda Rövşən Mirzəyev cəmi 3 ayda 72 000 manat zolotoy korona variantı ilə pul fırladır. Sonralar həmin pulu əridib elə göstərdilər ki guya heç belə iş olmayıb. Əritmək deyəndə o işi bəlkə də Azərpoçt MMC qədər heç bir idarə başara bilməz. Çünki çox rayonlarda belə şeylər olur. Məsələn Yevlaxda, Tovuzda, Ağsuda və s. Mən bunları deməklə cənab Cəlilovu günhalandırmıram. Bəlkə də Azərpoçt MMC tərəfin də deyiləsi, yaxud təkzib ediləsi sözlər mövcuddur. Qarşı tərəfi dinləməyə və fikirlərini işıqlandırmağa hər zaman hazırıq…

aja.az
araşdırmaçı jurnalist agentliyi