“Azərpoçt” yenidən məhkəmə qarşısında – 30 min manatadək cərimə gözləyirbackend

“Azərpoçt” MMC-yə yazılan inzibati protokola baxılacaq tarix açıqlanıb.

Pravda.az-ın xəbərinə görə, sənədə Səbail Rayon Məhkəməsinin hakimi Günel Səmədovanın sədrliyi ilə dekabrın 27-də baxılacaq.

Xatırlatma: Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci (Maliyyə institutları tərəfindən müştəri uyğunluğu tədbirlərinə, məlumat və sənədlərin saxlanılmasına və üçüncü şəxslərə güvənməyə dair tələblərə riayət olunmamasına, hər bir müştəriyə və əməliyyata görə vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

Qeyd: Nizamnamə kapitalı 73 357 719 AZN olan MMC-nin qanuni təmsilçisi İsi Yusif oğlu Mustafayevdir.