Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov, sitat: “Hazırda Azərbaycanda qazlaşma səviyyəsi 97 %-ə yaxınlaşır ki, bu da dünyada bir nömrəli göstəricidir. Azərbaycan bu baxımdan Niderland, Gürcüstan, İtaliya kimi ölkələri üstələyir”.
Bunlar insanları “qaz” sayırlar ki, ağıllarına nə gəlir onu danışırlar, ölkədə 10,1 mln. əhali var, “Azərqazın” abonent sayı 2,6 milyondur. Bura kommersiya, yəni, istehsal, xidmət, ticarət obyektləri də daxildir. Ölkədə daxili qaz istehlakı ildə 13,5 mlrd. m3-dir.
Bəyənmədiyimiz Belarusda 9,15 mln. əhali yaşayır, daxili qaz istehlakları 17 mlrd. m3-dir, Belarusda qaz abonentlərinin sayı bizdən 1,1 mln. çoxdur, təxminən 3,7 mln. nəfər təşkil edir.
Hörmətli “Azərqaz” rəhbərliyi, bu yalan-palan, bərli-bəzəkli məlumatlar kimə, nəyə lazımdır axı?! Niderlantda sindrom oldu ha, “Holland sindromu”, bax o məsələ təbii qazın bolluğuna, qaz hasilatının həcminin çox olmasına görə olub. Özü də o vaxt olub ki, biz kəndlər bir qırağa, şəhərlərdə təzək yandırırdıq. İndi də kəndlərdə boru var qaz yox, boru da var, qaz da gəlir, amma həftələrlə qaz kəsilir. Nə bilim ala…
P.S. Rəqəmlərə görə əziz dostum Ilham Shaban-a təşəkkür edirəm.