“Azərsu” ASC əhaliyə xəbərdarlıq etdibackend

“Azərsu” ASC Bakı şəhərinin bir hissəsinin və Hacıqabul rayonunun su təchizatında məhdudiyyətlər tətbiq edəcək.

“Yeni Gundem” xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

O cümlədən, Kür-Bakı magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar Bakının Qaradağ, Səbail və Binəqədi rayonlarının bəzi yerlərində, həmçinin Hacıqabul rayonunda suyun verilməsində məhdudiyyətlər tətbiq olunacaq.