“Azərsu”da kütləvi ixtisarların olacağı təsdiqləndi – İşçilərə göndərilən bildirişin fotosubackend

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun kütləvi ixtisarlara başladlğı barədə məlumat Reportyor.info-nun məlumatı təsdiqini tapıb.
Redaksiyamıza Agentliyin tabeliyinə verilən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) əməkdaşlarına ixtisarlarla bağlı göndərilən bildirişin surəti təqdim edilib.
Sənəddən aydın şəkildə görünür ki, qurumda kütləvi ixtisarlar həyata keçiriləcək.
Reportyor.info bu barədə bir müddət əvvəl məlumat vermişdi. Məlumatda deyilirdi ki, su təsərrüfatı sahəsində yeni ştat cədvəli hazırlanır ki, yüzlərlə işçinin bu cədvəldən kənarda qala bilər.
Bildirilirdi ki, “Azərsu” ASC-nin mərkəzi ofisində 456 nəfərin çalışır. Zaur Mikayılov bu sayı 156-yə endirmək niyyətindədir.
Məlumatda o da qeyd edilirdi ki, maaşları da azaltmaq niyyətindədir.