pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən aparıcı şirkətlər biri olan “Azərsun” holdinqə bağlı “Sun Food” MMC (VÖEN – 9900020861) “Yegane Palace” MMC-yə (VÖEN – 1404872921) qarşı məhkəmə iddiası qaldırıb.
Məhkəmə iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynovun icraatına verilib.
Məlumat üçün bildirək ki, iddia alqı-satqı müqaviləsi üzrə mübahisələrlə bağlıdır.
Qeyd edək ki, “Yegane Palace” barəsində iddia qaldıran “Sun Food” MMC 2003-cü ildə yaradılıb. Nizamnamə kapitalı 110 milyon 225 min 20 manat olan MMC-nin qanuni təmsilçisi Gökhan Taşdemirdir.
Barəsində iddia qaldırılan “Yegane Palace” MMC 8 oktyabr 2019-cu il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan MMC-nin qanuni təmsilçisi Səfərov Şahin Ziyadxan oğludur. MMC-nin hüquqi ünvanı Nəsimi rayonu Hüseynbala Əliyev küçəsi ev 15, m. 109-da yerləşir.
Onu da bildirək ki, Nəsimi rayonu Hüseynbala Əliyev küçəsində fəaliyyət göstərən məşhur “Yeganə” şadlıq sarayının da “Yegane Palace” MMC-yə məxsus olduğu bildirilir. Dövlət Vergi Xidməti “Yegane Palace” MMC-nin dövlət büdcəsinə 91 min 798 manat 81 qəpik vergi borcunun olduğunu açıqlayıb./Yeniavaz.com