“Azərsun Holdinq”in 16 milyonluq müəssisəsi Gömrükdə qayda pozdubackend

“Şamaxı Dairy Farm” MMC məhkəməlik olub.

32gun.az xəbər verir ki, adıçəkilən şirkətlə bağlı İXM-nin 485.2-ci maddəsi ilə (Gömrük Qaydalari Əleyhinə Olan Inzibati Xətalar) protokol hazırlanıb.

Məhkəmə işi hazrda Kürdəmir Rayon Məhkəməsində hakim Xaliq İmanovun icraatına verilib.

Bildirək ki, “ŞAMAXI DAİRY FARM” MMC-nin nizamnamə kapitalı 15 milyon AZN-dir, qanuni təmsilçisi isə FUAD MƏMMƏDOV NADİR oğludur.

Qeyd edək ki, “Şamaxı Dairy Farm”  2013-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə istismara verilib. Ən müasir avadanlıqlarla təchiz olunmuş müəssisə “Azərsun Holdinq” tərəfindən Kürdəmir rayonunda 10 hektar ərazidə inşa edilib.

“Şamaxı Dairy Farm” “Azərsüd” məhsullarının istehsal edildiyi müəssisədir.

AZƏRSÜD QAYMAQ 26% 200 QR