“Azrabitə servis” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində inzibati protokol tərtib olunub.
Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 253.2-ci (Meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir) maddəsinə əsasən tərtib olunub.
İş Salyan Rayon Məhkəməsinin hakimi Ənnağı Məmmədlinin sədrliyi ilə araşdırılacaq.