I-IV sinifləri üçün “Azsaylı xalqların dili” fənni üzrə hazırlanan dərslik komplektləri növbəti tədris ilində məktəblərə çatdırılacaq.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən bildiriblər.
Qeyd edək ki, “Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabat”ında ümumi təhsil müəssisələrinin I-IV sinifləri üçün “Azsaylı xalqların dili” fənni üzrə dərslik komplektləri hazırlandığı qeyd edilib.
Hazırda I-IV siniflər üçün “Talış dili”, “Saxur dili”, “Xınalıq dili” və I sinif üçün “Haput dili” dərslik komplektlərinin çapı üzrə işlər aparılır.