AzTU ilə Qlazov Dövlət Pedaqoji Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb – FOTObackend
Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Rusiya Federasiyasının Udmurtiya Respublikasının Qlazov Dövlət Pedaqoji Universitetinin rektoru Yanina Aleksandrovna Çiqovskaya-Nazarova ilə görüşüb.
Universitetdən “Yeni Gündəm”-ə verilən məlumata görə, görüşdə AzTU-nun və Qlazov Dövlət Pedaqoji Universitetinin nümayəndələri, həmçinin Udmurtiya Respublikası Hökumətinin beynəlxalq əlaqələr üzrə müşaviri Dmitri Ryabov, Udmurtiyada yaşayan Azərbaycan diasporunu təmsil edən “Azərbaycan-Udmurtiya Dostluq İctimai Mərkəzi”nin sədri Zülfüqar Mirzəyev, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev iştirak edib.

Qonaqları salamlayan rektor Vilayət Vəliyev universitetin tarixi, hazırda görülən işlər və həyata keçirilən yeniliklər barədə məlumat verib.

Daha sonra Qlazov Dövlət Pedaqoji Universitetinin rektoru Yanina Aleksandrovna Çiqovskaya-Nazarova rəhbərlik etdiyi universitet haqqında təqdimatla çıxış edib. O, metallurgiya və materialşünaslıq üzrə sənaye sahələrində çalışan mütəxəssislərin qısa müddətə hazırlanması və qiymətlənirilməsi ilə bağlı yeni başlamış olduqları layihələr barədə danışıb. Bu layihələrin icrasından irəli gələn işlərin həyata keçirilməsi üçün AzTU-nun elmi potensialından yararlanmaq istəklərini bildirib. Müzakirələrdən sonra hər iki universitet arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Müqaviləyə əsasən, iki universitet arasında akademik mübadilə, ixtisasartırma kursları, master-klas dərsləri, birgə elmi-tədqiqat layihələri və elmi konferansların təşkili nəzərdə tutulur.