Azərbaycanda karatenin kempo növü üzrə Avropa çempionatı keçirilib. Çempionata 20 ölkədən 600-ə yaxın idmançı qatılıb. Ölkəmizi çempionatda 63 kiloqram çəki dərəcəsində Azərbaycan Texniki Universitetinin (AzTU) ikinci kurs tələbəsi Əli Abdullazadə təmsil edib.
AzTU-dan “Yeni Gundem”-e bildiriblər ki, Ə.Abdullazadə bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub.
Universitetin rektoru Vilayət Vəliyev Ə.Abdullazadə ilə görüşüb və ona uğurlar arzu edib.
Xatırladaq ki, Ə.Abdullazadə 2019-cu ilin mayında kempo üzrə dünya çempionu adını qazanıb.