AzTU tələbəsi dünya çempionatında gümüş medal qazanıbbackend

Türkiyənin Bursa şəhərində Naim Süleymanoğlu adına İdman Kompleksində təşkil olunan Alpaqut Turan döyüş sənəti üzrə 4-cü dünya çempionatı başa çatıb.

23 ölkənin yığma komandalarının iştirak etdiyi çempionat idmançıların gərgin mübarizəsi ilə yadda qalıb.

Çempionatda Azərbaycan Texniki Universitetinin (AzTU) Energetika və avtomatika fakültəsinin 2-ci kurs tələbəsi Toğrul Zeynallı 55 kq çəki dərəcəsində gümüş medala layiq görülüb.

Qeyd edək ki, çempionatın ümumi nəticələrinə görə Azərbaycan komandası 3-cü yeri tutub.