Aztv sədrinin köməkçisi müavin olmaq istəyir- İDDİAbackend

Dörd ildir Aztv-dən uzaq düşmüşəm.
Yazdım,danışdım,mübarizə apardım.Bir müddət dayandım.Elə bilməsinlər susub çəkilmişəm.Mən qorxaq deyiləm.Valideyn itkisi yaşadım,sağlamlığımda problem yarandı,gündəlik qayğılar.Bu müddətdə hər şeyi bir də götür-qoy elədim.Doğma kollektivə qayıtmaq üçün Aztv rəhbərliyinə bir neçə dəfə müraciətim oldu. Lakin ətrafı mane olur.Konkret olaraq əsas köməkçisi Həmid Əsədzadə.Bu cavan oğlan məni bir ildən çoxdur bu gün-sabah deyə-deyə yola verir.Həmidlə bu barədə telefon danışığımız,yazışmalarımız da var.Sədrlə görüşmək üçün sözü köməkçisinə deyərlər də.Köməkçi də qaratikan olub bitib yolumuzun üstündə.Yəqin elə bütün işləri belə görür.

Bu sözləri vaxtilə Aztv-nin əməkdaşı olmuş Səidə Vəliyeva öz “Facebook” hesabında paylaşıb. O , daha sonra paylaşımında qeyd edir :

“Bu sözləri yazanda bir yazı oxudum.Sən demə Həmid Aztv-yə sədr müavini olmaq istəyir.
Müavin yeri bu yaxınlarda boşalıb.Yəqin Həmid də deyib onsuzda müavinəm də.Elə kağızda da yazılsın.Düz fikirləşir də.Kişinin oğlu elə sədr müavinidi də.Televiziyada 3-4 redaksiyadan başqa hamısı onun əlində,kamera,texnika onun imzası ilə buraxılır,mühasibata öz ailə üzvlərini qoyub oranı da idarə edir.Aztv-də nəyisə soruşsanız sədrdən əvvəl Həmid adı çəkilir.Tədbirlərdə,toy-nişanda işçilər Həmid müəllimin ətrafında oynayır,başına yığılıb şəkil çəkdirirlər.Bu gedişlə yəqin daha sədrə çay da verməz…

Həmidağa Əsədzadə müəllimin ilk iş günləri yadıma düşür. Mən 2006-cı ildə Aztv-yə işə düzəldim. Həmid sonralar gəlmişdi. Rəhmətlik atası Azad dayı Aztv-nin sürücülərindən idi.Ağır,hörmətli-izzətli kişi idi.Məkanı cənnət olsun.Keçmiş rəhbərliyə xahiş eləyib oğlu Həmidi işə gətirdi.Arıq,çəlimsiz gənc idi.Həmişə əlində kağızlar,kasetlər görürdüm.İndi ay Həmid müəllim,keçmişə niyə arxa çevirirsən? İş yoldaşı olmuşuq,demək olar eyni vaxtda Aztv-yə gəlmişik.Bu nə süründürməçilikdi? Sən sədrin köməkçisisən.Ona sözü sənin vasitənlə deməliyik.Bir ildən çoxdu sözümü Rövşən müəllimə demirsən.Səbəb nədir? İşlərin çoxdu,onu bilirəm.Yükün artıb.Mühasibat da sənin üstündədi,Teleradio Akademiyası da himayəndədi.Hər şeydən xəbərim var.

Həmidin sədr müavini söhbətindən sonra lap narahatam.İndi köməkçidir düz-əməlli əlaqə saxlaya bilmirəm,müavin keçəndən sonra onun özünün qəbuluna düşməli olacam deyəsən. Ona görə də burdan bir də səslənirəm.Aztv-dən çox adam çıxıb,qayıdanlar da çox olub.Mən də qayıtmaq istəyirəm.Buna görə də Aztv sədri hörmətli Rövşən Məmmədovun qəbuluna düşmək istəyirəm.Köməkçisi Həmid Əsədzadə imkan yaratmır. Günü günə satır.Rövşən müəllim,xahiş edirəm qəbulunuza düşüb sözümü deməyə şərait yaradasınız.Köməkçiniz müraciətləri sizə çatdırmır”