“AzerEnerji”nin ixrac gəliri azaldı, 401,5 milyon 93,1 milyon dollara düşdü.
Ötən ilin yanvar-dekabr aylarında “AzərEnerji” ASC 93,1 milyon dollar dəyərində məhsul ixrac edib.
Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,31 dəfə azdır.
”Yeni Gundem” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın yanvar sayında bildirilib.
Qeyd edək ki, 2023-cü ilin yanvar-dekabr aylarında “AzərEnerji”nin ixrac gəlirləri 401,5 milyon dollar olub.
Qeyd edək ki,2018-ci ildən “AzərEnerji”nin idarə heyətinin sədri Baba Rzayevdir.Xalq.az