“Badamdar Hotel”də külli miqdarda yeyinti – Cinayət işi açıldıbackend
“Badamdar Estates” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) məxsus “Badamdar Hotel & Residences”də külli miqdarda mənimsəmə faktı qeydə alınıb.
Qaynarinfo-nun məlumatına görə, hadisədə günahlandırılan Qarayev Dünyamalı İntizam oğlu barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda) maddəsi ilə cinayət işi açılıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İşə hakim Novruz Kərimovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, “Badamdar Estates” MMC-nin qanuni təmsilçisi Anar İbrahimov Əhmədiyə oğludur. MMC-nin hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 23876.42 manat vergi borcu var. Anar İbrahimov Azərbaycanda ən məşhur otellərin baş meneceridir.
Əhməd