Bağlanan “Nuxa” “qumar kralı”nın imiş…backend

Xəbər verdiyimiz kimi, Bakının Yasamal rayonunda yerləşən “Nuxa” restoranın fəaliyyəti dayandırılıb.

“Yeni Gundem”-in “Qafqazinfo”ya istinadən məlumatına görə, restoranın sahibi hazırda həbsdə olan və “qumar kralı” kimi tanınan Yusif Baqiyev (Şəkili) olub.

Qeyd edək ki, Yusiq Baqiyev Cinayət Məcəlləsinin 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) və 244-1.4-cü (qumar oyunlarının təşkili və ya keçirilməsi xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə) maddələri ilə təqsirli bilinərək barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.