Baharın 100 min manat borcu varbackend

Müğənni Bahar Lətifqızının 100 min manat borcu var. “Yenigundem” xəbər verir ki, sənətçi bu barədə ARB TV-də yayımlanan “Səhər-Səhər” proqramında danışıb. 

O, bahalı ev aldığını, borcunun qalanını tezliklə ödəyəcəyini qeyd edib: “İncəsənət adamı deyil, iş adamıdır. Evi var idi, satmaq istəyirdi. Bir məclisdə gördü, deyir, niyə mənim evimi almadın. Düzü, onun evini almağa gücüm çatmamışdı, ucuzunu almışdım. Sonra qərarım dəyişdi.  Evin 83 minini verdim, 100 mini qalıb. Onu da verəcəm, bundan utanmıram. Toylarım var, oxuyub ödəyəcəm”.