Bakcell Zəngilanın Ağalı kəndində mağaza açdı – Fotolar+videobackend

19 may 2023-cü il tarixində Zəngilan rayonunun Ağalı kəndində yeni “Bakcell” mağazası fəaliyyətə başladı.

“Yeni Gundem” xəbər verir ki, yeni “Bakcell” mağazasında Ağalı sakinlərinə şirkətin məhsul və xidmətlərinin geniş çeşidi, həmçinin mobil nömrələr və aksesuarlar təklif edilir.

Mağazanın açılışında “Bakcell” şirkəti və yerli qurumların nümayəndələri ilə yanaşı Ağalı kəndinin sakinləri də iştirak edib.

Açılış mərasimi xüsusi olaraq uşaqlar üçün hazırlanmış əyləncə proqramı ilə yadda qalıb. Ağıllı kəndin gənc sakinləri üçün xoş sürpriz kimi tədbirdə müxtəlif oyunlar və şən yarışlar keçirilib, uşaqlara maraqlı hədiyyələr təqdim edilib.

“NEQSOL Holding”in tərkibinə daxil olan “Bakcell” şirkəti hazırda “Bakcell” ilə ən sürətli ol” şüarı ilə genişmiqyaslı kampaniya həyata keçirir.