“Bakı bizi sevindirmədi, ürəyimizi açmadı” – Məşhur aparıcı Azərbaycandan getdibackend

Keçmiş aparıcı Nurlana Cəfərova yenidən Bakını tərk etdiyini bildirib.

“Yeni Gündəm” xəbər verir ki, ailə qurduqdan sonra İzmirə köçən Nurlana budəfəki gəlişinin ona uğur gətirmədiyini deyib. O bildirib ki, Azərbaycana 3 həftəlik gəlsə də, 3 ay qalmalı olub:

“Növbəti dəfə əlvida, Bakı. 3 həftəlik gəlişimiz 3 aydan çox çəkdi. Bakı bu dəfə bizi sevindirmədi, ürəyimizi açmadı. Olsun, həyat və onun içindəkilər hər gün gözəl olmur. Əsas ailənin sevgisi və işığıdır. Oğlumuza dedik ki, şanlı bayrağımızın gücü, tarixi və vətən eşqi hər zaman qəlbimizdədir, səndə də olsun, olar inşallah”.

Qeyd edək ki, Nurlana pandemiya ərəfəsində ailə qurub. Onun bu nikahdan bir oğlan övladı var.

"Bakı bizi sevindirmədi, ürəyimizi açmadı" - Məşhur aparıcı Azərbaycandan getdi"Bakı bizi sevindirmədi, ürəyimizi açmadı" - Məşhur aparıcı Azərbaycandan getdi"Bakı bizi sevindirmədi, ürəyimizi açmadı" - Məşhur aparıcı Azərbaycandan getdi