Bakı Dəmiryol Vağzalının Süleyman Rəhimov küçəsi ilə Mirəli Qaşqay küçəsinin kəsişməsində (“28 May” metro stansiyasının yuxarı hissəsi) yerləşən avtomobil parklanma ərazisi 27 mart tarixindən etibarən vağzala gələn sərnişinlərin qarşılanma və yola salınma zonası kimi fəaliyyət göstərəcək.
ADY-dən “Yeni Gundem”-ə verilən məlumata görə, avtomobillərin əraziyə giriş-çıxışı parklanma məntəqəsində qurulacaq innovativ nömrə tanıma sistemi sayəsində tənzimlənəcək.
Ərazidə avtomobillərin ilk 15 dəqiqə ərzində ödənişsiz park edilməsi sərnişinlərin minik avtomobili ilə rahat qarşılanması və ya yola salınmasına imkan verəcək.
Xatırladaq ki, Nəqliyyatı Əlaqələndirmə Şurasının “28 May” metro stansiyası və Bakı Dəmiryol Vağzalı qarşısında fərdi avtomobillərin hərəkətinin məhdudlaşdırılması ilə bağlı qərarına uyğun olaraq göstərilən ərazilərdəki parklanma yerlərinin fəaliyyəti dayandırılıb.