Bakı Dövlət Universiteti Yenigündəm.az-ı təbrik etdibackend

Bu gün Yeni Gündəm.Az saytının fəaliyyətə başlamasından üç il ötür.

Operativ və maraqlı xəbərləri, reportaj, müsahibələri sayəsində geniş oxucu auditoriyasının rəğbətini qazanmağa müvəffəq olan Yenigundem.az kollektivini fəaliyyətlərinin 3 illiyi münasibətilə təbrik edir, məsuliyyətli işinizdə uğurlar arzulayıram.

Gələcək fəaliyyətinizdə daha böyük oxucu kütləsi və sevgisi nəsibiniz olsun.

Yeni yaşınız sizə yeni-yeni nailiyyətlər gətirsin. İnanıram ki, əməkdaşlığımız bundan sonra da uğurla davam edəcək.

Xəbəriniz bol olsun!

Hörmətlə,

Bakı Dövlət Universitetinin ictimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Günel İsgəndər.