Dünyanın ən bahalı şəhərlərinin siyahısı tərtib edilib.
“Yeni Gündem”in məlumatına görə, “Numbeo” bazasının saytında yerləşdirilən yaşayış qiymətinin indeksi ilə bağlı yanvar hesabatında 440 şəhər yer alıb.
Yaşayış dəyəri mağaza və restoranlarda olan qiymətlər, nəqliyyat və kommunal xərclər, habelə əhalinin alıcılıq qabiliyyəti əsasında hesablanıb. Kirayə ev almaq və satın almaq xərcləri ayrıca qeyd edilib.
İlk beşlikdə İsveçrənin Srix, Bazel, Lozanna, Cenevrə və Bern şəhərləri qərarlaşıb.
Eyni zamanda, onluğa Stavanqer, Oslo, Tronheym (Norveç), Reykyavik (İslandiya) və Berqen (Norveç) daxil edilib.
Azərbaycanın paytaxtı Bakı ən bahalı şəhərlər arasında 390-cı yerdədir.
Bundan əlavə, Moskva 251-ci, İstanbul 325-ci, Ankara 362-ci, Yerevan 380-ci, Tbilisi 404-cü yeri tutub.