Bakı finalının qalibi məlum oldu!backend

Bu gün UEFA Avropa Liqasında final oyunu keçirilir.

“Yeni Gundem”-ın məlumatına görə, qitənin ikinci dərəcəli klub turnirində 2018-2019 mövsümünün son matçı paytaxtımızda oynanılır. Bakı Olimpiya Stadionundakı həlledici qarşılaşmada iki ingilis nəhəngi – “Çelsi” və “Arsenal” komandaları üz-üzə gəlir.

Premyer Liqanı 3-cü pillədə bitirərək, Çempionlar Liqasına vəsiqəni təmsil edən “Çelsi” mövsümü titulla başa vurmaq istəyir. “Arsenal” üçün isə Avroliqanın qalibi olmaq ikiqat önəm daşıyır. Çünki “topçular” yalnız bu halda növbəti mövsüm ÇL-də çıxış edə bilərlər. Buna qədər “Sevilya”nın sükanı arxasında 3 dəfə Avropa Liqasının qalibi olan Unay Emeri “Arsenal”da da eyni uğuru təkrarlamaq arzusundadır.

Qeyd edək ki, “Çelsi” – “Arsenal” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayıb.

Avropa Liqası

Final

29 may

23:00. “Çelsi” (İngiltərə) – “Arsenal” (İngiltərə) – 4:1
Qol:
 Oliviye Jiru, 49 (1:0), Pedro, 60 (2:0), Eden Hazard, 65-pen. (3:0), Ayvobi, 69 (3:1),  Eden Hazard, 72 (4:1)
Baş hakim: Canluka Rokki (İtaliya)
Bakı Olimpiya Stadionu