“Bakı Gözəli-2018” gözəllik yarışmasının qalibləri müəyyən olundu. FOTOLARbackend

“Şou Prodakşn” tərəfindən təşkil olunan “Bakı Gözəli-2018” gözəllik yarışmasının final gecəsi baş tutub.Təşkilat komitəsindən verilən məlumata görə, final gecəsi olduqca gərgin keçib. Birinci yer uğurunda mübarizə aparan xanımlar arasında mübahisəli anlar yaşanıb, ancaq sonda həm münsiflərin verdiyi səslər həm də tədbirdə iştirak edən qonaqların verdiyi səslər finalçı xanımların özlərinin iştirakı ilə hesablanaraq anlaşılmamazlıqlara son qoyulub. Qalib gələn xanımları digər iştirakçı xanımlar təbrik ediblər. Finala on iki xanım vəsiqə qazanmışdır. Qalibləri müyyən etmək üçün həm münsiflərin, həm də final gecəsində iştirak edən qonaqların verdiyi səsvermədən istifadə olunub. Səslərin 50% münsiflər, 50% isə qonaqların verdiyi səslər tamamlanıb. “Bakı Gözəli-2018″nin qaliblərinin diplomları, lentləri və tacları bu həftə keçiriləcək tədbirdə təqdim olunacaq, adlar açıqlanacaq.

Layihənin informasiya dəstəsi “Yenigundem İnformasiya Agentliyinə” məxsusdur.