Bakı məktəbində “Erkən nigah, qohumlararası nigahın fəsadları” adlı tədbir keçirilibbackend

Sabunçu Rayon İcra Hakimiyyəti və Bakı şəhəri 295 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə “Erkən nikah, qohumlar arası nikahın fəsadları” adlı tədbir keçirilib.
Modern.az xəbər verir ki, tədbir məktəbin direktoru Dilarə Cəbrayılovanın qonaqları salamlaması ilə başlayıb. O, dünyanı narahat edən aktual problemlərdən birinin də erkən nikah və qohumlar arası nigahın oldugunu söyləyib. Direktor erkən nigaha daha çox məruz qalan qızların oldugunu, eləcədə gələcəyin anası olacaq qızların elmli, təhsilli, savadlı, kamil və intellektli insan kimi yetişməsində məktəbin rolundan bəhs edib.

“Yeni Gundem” xəbər verir ki, tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Vəliyeva bu kimi halların aradan qaldırılması üçün müvafiq tədbirlər həyata keçirildiyini və mütəmadi olaraq belə tədbirlərin həyata keçirilməsini labüd olduğunu dilə gətirib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Anar Qədiməliyev valideyn və şagirdlərə belə halların aradan qaldırılması üçün məktəb, ailə birliyinin olmasının vacibliyini qeyd edib. Şagirdlərə gələcək həyatlarını planlamaq üçün onlara təhsilin çox önəmli oldugunu vurğulayıb.

Milli Məclisin deputatı Pərvin Kərimzadə, Vüqar İskəndərov, Hüquqşünas Lətifə Əliyeva, “Əməkdar müəllim”, təhsil eksperti Sona Əliyeva, Azərbaycan Dillər Universitetinin professoru Ədalət Abdiyeva, Nardaran Sağlamlıq Mərkəzinin pediatoru Leyla Musayeva da öz çıxışlarında erkən nikah və onunla baglı məsələlərə toxunublar.

Erkən nikahın fərdin psixi, mənəvi və bioloji cəhətdən inkişafına təsir edən, təhsildən yayındıran, sosiallaşmasına mane olan önəmli faktor olduğunu bildiriblər.