“Bakı Metropoliteni” QSC istismar sahələrində istifadə olunacaq təsərrüfat mallarının alınmasına 279 452 AZN xərcləyəcək.
“Yeni Gundem” xəbər verir ki, QSC-nin “Mix Pro” MMC ilə bağladığı müqaviləyə əsasən, 12 000 kq əski (ölçüləri 50x50sm-dən az olmamaq şərtilə, suyu özünə çəkmə qaqbiliyyəti normal olmalıdır), 20 qutu monitor silmək üçün salfetka, 150 ədəd salfet dəsmal (rulon), 150 litr qab yumaq üçün maye (1 litr), (Allergik təsirləri olmayan, qatılığı yüksək xoş ətirli), 80 ədəd maye sabun (4,5 l-lik) (Allergik təsirləri olmayan. Tərkibi: Distillə olunmuş su, Sodium Laureth Sulfate, Decyl Glucoside, Coco-Glucoside, Cocamidopropyl Betaine, Sodium Chloride, Cocamide) 30 dəst süpürgə xəkəndazla (aterial-plastmas) alınmalıdır.
Qeyd: MMC-nin qanuni təmsilçisi Fərid Salam oğlu Həsənovdur. Şirkət əsasən “Azərişıq” ASC və “Azərenerji” ASC-nin tenderlərinin qalibi olub.Pravda.az