Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi və 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan olunması münasibətilə Bakı metropolitenində “Xalqa həsr olunmuş ömür” adlı tematik konfrans keçirilir.
“Yeni Gundem” xəbər verir ki, konfransı “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov açıq elan etdikdən sonra Dövlət Himni səsləndirilib.
Zaur Hüseynov aprel ayının 28-də Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı, görkəmli oftalmoloq, Əməkdar elm xadimi, tibb elmləri doktoru Zərifə xanım Əliyevanın da anadan olmasının 100 illiyinin tamam olduğunu konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Ulu Öndərin və Zərifə xanım Əliyevanın xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Konfransda Milli Məclisin deputatı Aydın Mirzəzadə, Metropoliten İşçiləri Həmkarlar İttifaqının sədri Arif Mərdanov, Heydər Əliyev irsinin tədqiqatçısı, Xalq yazıçısı, Azərbaycanın Ukraynada fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova və digər qonaqlar iştirak edir.