Bakıda 16 mərtəbəli binada yanğın: Xəsarət alanlar var – YENİLƏNİB + FOTO/VİDEObackend

Bakının Nərimanov rayonunda yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb.

Bu barədə ” Yeni Gündəm”-ə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Əkbər Novruzov deyib.

O bildirib ki, yanğın yaşayış binasının şaxtasında elektrik kabellərində yaranan qısaqapanma səbəbindən baş verib:

“Çoxfunksiyalı binanın şaxtasından keçən elektrik kabellərində baş verən qısaqapanma nəticəsində 50 metrə yaxın elektrik kabeli yanıb. Eyni zamanda bina sakinlərinə məxsus elektrik sayğacları əriyib. Onların sayları dəqiqləşdirilir.

Yanğın zamanı üç nəfər tüstüdən zəhərlənib, aidiyyəti üzrə yaxınlıqdakı xəstəxanalara yerləşdirilib. Daha 5 nəfər və bizim əməkdaşlar arasında istinin təsirindən halsızlıq yaşayanlar olub. Binadan 40 nəfərdən çox vətəndaş təxliyə edilib”.

Sakinlərin sözlərinə görə, yanğın yaşayış binasının yeddinci mərtəbəsinin şaxtasından başlayıb.

Yenigundem.az