Bakıda 36 yaşlı kişi şadlıq sarayında təmir zamanı yıxılaraq ölübbackend

Şəxsin hündürlükdən yerə yıxılması nəticəsində ölməsi faktı ilə bağlı araşdırma aparılır.

Bu barədə “Yeni Gundem”-ə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, yanvarın 29-da paytaxtın Nərimanov rayonu ərazisində yerləşən şadlıq saraylarından birində aparılan təmir işləri zamanı 1988-ci il təvəllüdlü Bəhram Bayramovun dəmir konstruksiyanın üzərindən yerə yıxılması nəticəsində almış olduğu xəsarətdən ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.