Bakıda 45 yaşlı kişi qətlə yetirilib, oğlu saxlanıldıbackend

Mayın 8-i saat 23 radələrində paytaxtın Binəqədi rayonunun Rəsulzadə qəsəbəsi ərazisində ürək nahiyəsindən kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarət olan kişi meyitinin aşkar edilməsi barədə məlumat daxil olub.

Bu barədə “Yeni Gundem”-ə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Prokurorluq və polis əməkdaşları tərəfindən keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində 2002-ci il təvəllüdlü Elgün Abbasovun aralarında yaranmış mübahisə zamanı bıçaqla 1978-ci il təvəllüdlü Rahib Mehdiyevə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Elgün Abbasov iş üzrə şübhəli şəxs qismində saxlanılıb.

Hazırda istintaq davam edir.

***

00:22

Mayın 8-də saat 22 radələrində paytaxtın Binəqədi rayonu Rəsulzadə qəsəbəsində, evlərdən birində 1978-ci il təvəllüdlü Rahib Telman oğlu Mehdiyevin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Bu barədə “Yeni Gundem”-ə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, R.Mehdiyevin ögey oğlu, 2002-ci il təvəlldlü Elgün Nəbi oğlu Abbasov polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.