Bakıda 50 yaşlı kişi sevgilisinin evində ölüb. “Yeni Gundemə” Publika.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində yerləşən çoxmərtəbəli binada baş verib.
1988-ci il təvəllüdlü F.Məhərrəmovanın evində qonaq olan 1974-cü il təvəllüdlü X.Kərimov gecə saat 1 radələrində hamam otağında qəfil vəfat edib. Onun ürək çatışmazlığından ölməsi müəyyən edilib.