Bakıda 149 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunda sürücü ilə sərnişin arasında gərginlik yaşanıb. Oxu.Az xəbər verir ki, hadisənin videosu sosial şəbəkələrdə yayılaraq böyük müzakirələrə səbəb olub.
Məlumata görə, mübahisə zamanı sərnişinlərin müdaxiləsi nəticəsində vəziyyət nəzarətə götürülüb. Lakin bu, 149 nömrəli avtobus sürücülərinin ümumi davranış problemlərini bir daha gündəmə gətirib. Belə ki, sərnişinlər tez-tez həmin xətt üzrə işləyən sürücülərin kobud rəftarı, təhlükəsizlik qaydalarına etinasızlığı barədə şikayətlənirlər.
Qeyd edək ki, yanvarın 4-də 149 nömrəli marşrut avtobusunun sürücüsü Bakı-Qazax magistral yolunun 24-cü kilometrliyində avtobusu yol kənarında dayanan TIR-a çırpmış, hadisə nəticəsində bir nəfər ölmüş, iki nəfər müştərək travmalar diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunmuşdu.
Məsələ ilə bağlı “BakuBus” MMC-yə sorğu verilib.