Bakıda biznesmen dostunu öldürən sabiq rəis işinə bərpa olunmaq istəyirbackend

2017-ci ildə idarə etdiyi avtomobillə dostunun ölümünə səbəb olan Zabrat qəsəbəsində yerləşən Vertolyot Meydançasının rəisi, polis polkovniki Faiq Qasımov işinə bərpa olunmaq istəyir.

Qaynarinfo-nun məlumatına görə, bununla bağlı Qasımlı Faiq Əhliman oğlu Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edib.

O, məhkəmə iddiası qaldıraraq, Daxili İşlər Nazirliyindən işinə bərpa olunmasını istəyir.

Xatırladaq ki, 29.04.2017-ci il tarixdə Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Zabrat qəsəbəsində yerləşən Vertolyot Meydançasının rəisi Faiq Qasımov yaxın dostu, Qoşa Qala restoranının sahibi Tərlanla axşam toy məclisində yeyib-içiblər. Sonra isə dostlar əyləncə məclisini Fatmayi kəndində dəniz kənarında davam etdiriblər.

Faiq Qasımov avtomobolini dostu Tərlanın üzərinə sürüb və ona ağır xəsarət yetirib. Xəstəxanaya yerləşdirilən iş adamı həmin gün vəfat edib. Rəis Faiq Qasımov saxlanılıb. Hadisə Binəqədi qəsəbəsində yerləşən “Həyat” istirahət mərkəzində baş verib.