Bakıda bodibildinq üzrə turnir keçiriləcəkbackend

Bakıda “ATEF GYM” fitness mərkəzinin təşkilatçılığı ilə bodibildinq, klassik bodibildinq, “Mens fizik” və bikini-fitnes üzrə çempionat keçiriləcək.

Axşam.az-ın məlumatına görə, turnir mayın 19-u “Elektra Events Hall”da baş tutacaq. Turnirdə iştirak etmək üçün gərəkli olan çəki və boy ölçülərini sizlərə təqdim edirik:

Bodibildinq kateqoriyası üzrə: Yüngül çəki 75 kq.-a qədər, orta çəki 85 kq. və ağır çəki üzrə 85 kq.-dan yüksək.

Klassik bodibildinq kateqoriyası üzrə: Boy 170 sm-ə qədər, 176 və 176 sm-dən yüksək.

“Mens Fizik” kateqoriyası üzrə: Boy 170 sm-ə qədər, 176 və 176 sm-dən yüksək.

Bikini fitnes kateqoriyası üzrə isə heç bir məhdudiyyət yoxdur.

Qeydiyyat üçün son tarix mayın 18-də bitir. Turnirdə iştirak üçün çəkilərin hesablanması isə mayın 18-i “ATEF GYM” mərkəzində baş tutacaq.

Qeyd edək ki, mərkəzin direktoru, Avropa və dünya mükafatçısı, idman ustası Fərhad Quliyev tərəfindən proqrama uyğun məşqlər də keçirilir.

Biletlərin sifarişi və çatdırılması üçün bu nömrələrlə əlaqə saxlayın:

(+994 55) 877 72 78

(+994 50) 253 55 75

(+994 12) 458 43 41