Noyabrın 18-də Bakıda daha iki avtobus marşrutunun fəaliyyəti bərpa edilir.
Bu barədə “Yeni Gundem”-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumata görə, noyabrın 18-dən başlayaraq 4 və 10 nömrəli marşrutların hərəkət sxemləri bərpa ediləcək.
AYNA bildirir ki, mərhələli şəkildə digər müntəzəm marşrutların da fəaliyyətinin bərpa edilməsi təmin ediləcək.