Bakıda DƏHŞƏT: Kişi 8 yaşlı qızını 10-cu mərtəbədən atmaq istədibackend

Ata özünü və azyaşlı qızını eyvandan atmağa cəhd edib.

“Yeni Gundem” xəbər verir ki, bu barədə “Report”un “Telegram” kanalından məlumat yayılıb.

Məlumata görə, dekabrın 4-ü saat 13 radələrində əvvəllər qeyri-qanuni maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək məhkum olunan 1991-ci il təvəllüdlü Elnur Əli oğlu Şalıyev yaşadığı evin eyvanından (10-cu mərtəbə) özünü və 2016-cı il təvəllüdlü qızını atmağa cəhd göstərib.

Polis əməkdaşları tərəfindən bu cəhdin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.