Bakıda DƏHŞƏT: Qəzaya düşən 2 nəfər yanaraq öldübackend

Bakının Xəzər rayonunda 2 nəfərin ölümü, 1 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Yeni Gundem” xəbər verir ki, Binə qəsəbəsində “Chevrolet” markalı avtomobil “Lifan” və “Ford” markalı avtomobillərlə toqquşub. Zərbənin təsirindən içərisində 2 sərnişinin olduğu “Lifan” markalı avtomobil alışaraq yanıb.

Digər avtomobildə olan sürücü 25 yaşlı Əli Zülfüqarlı ağır vəziyyətdə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb.

42 yaşlı Məmmədağa adlı şəxs aldığı yanıq xəsarətlərindən dünyasını dəyişib. Hadisənin təfərrüatı araşdırılır.