Bu gün də leysan yağışı özü ilə bərabər ölkəmizin paytaxtına xeyli problemlər yaşatdı. Bununla da paytaxt Bakı artıq neçənci dəfədir ki, yağış sınağından uğurla çıxmır. Şəhərin ərazisində yağışlı hava şəraiti zamanı ən çox sular altında qalan isə Sabunçu rayonu olur. Sosial media platformalarında rast gəldiyiniz video görüntülərdə gördüyünüz kimi, bu rayonun yollarından yağış çay kimi keçir. Bir sözlə Bakının bu rayonunda subasma halları ilə daha çox rastlaşırıq.
Bəs niyə məhz Sabunçu rayonu? Bunun nəsə xüsusi bir səbəbi var?
Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, qurum səhər tezdən gücləndirilmiş iş rejimində çalışır: “Güclü yağışın yağması ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinin bütün qurumları hamısı iş başındadırlar. Aidiyyəti qurumlarla birgə qabaqlayıcı tədbirlər görülür. əlavə texnika və işçi qüvvə cəlb edilib”.