Bakıda SOCAR Azərbaycan Qran-Prisinin üçüncü günündə Formula 2 üzrə ikinci yarış başlayıb.
“Yenigundem” xəbər verir ki, yarışda hər biri iki pilotla təmsil olunan on komanda birincilik uğrunda mübarizə aparır. Pilotlar Bakı şəhər halqasında 23 dövrə vuracaqlar və yarış 14:00-da başa çatacaq.
Xatırladaq ki, ötən gün keçirilən Formula 2 üzrə birinci yarışda “Campos Racing” komandasının pilotu Cek Aitken birinci, “ART Grand Prix”dən Nik de Vries ikinci, “MP Motorsport”un üzvü Cordan Kinq isə üçüncü yeri tutublar.