Bakıda gənc toyundan bir neçə gün sonra intihar etdi – TƏFƏRRÜATbackend

Bakıda qaynar suda yanaraq öldüyü bildirilən gəncin intihar etdiyi məlum olub.

“Yeni Gundem” Lent.az-a istinadən xəbər verir ki, bu barədə mərhumun ailəsindən bildirilib.

Qeyd olunub ki, məlum hadisə noyabrın 12-də baş verib.

Belə ki, 24 yaşlı Şəhriyar Eyvaz oğlu Həsənovun adına qonşusu kredit götürübmüş. Ş.Həsənov bu barədə ailəsinə heç nə deməyib. Kreditin aylıq ödənişi vaxtı çatanda qonşu ödəniş etməyib və gecikməyə görə Şəhriyar Həsənova zəng gəlib. Bu zaman hadisədən Ş.Həsənovun ailəsi də xəbər tutub. Bundan narahat olan gənc ailəsindən utandığı üçün canına qəsd etməyə qərar verib.

O, üzərinə benzin tökərək özünü yandırıb. Təcili xəstəxanaya çatdırılsa da, Ş.Həsənov bir həftə sonra aldığı yanıq xəsarətlərindən orada ölüb.

Ailəsi onu da bildirib ki, Ş.Həsənov hadisədən bir neçə gün əvvəl ailə həyatı qurubmuş.

Faktla bağlı Prokurorluqda cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.