Bakıda güclü yağış fəsadlar törətdibackend

Oktyabrın 19-dan 20-nə keçən gecə paytaxtda yağan güclü yağış bir sıra fəsadlara yol açıb.

Belə ki, Sabunçu Dəmir Yolu Vağzalı yaxınlığındakı tunel yağış nəticəsində yolun əsas hissəsinə qədər su altında qalıb.

Ərazidə yaranan gölməçə sürücülərə ciddi çətinliklər yaradıb.

“Təkcə bura deyil, digər yerlər də pis vəziyyətdədir. Camaat növbədə dayanıb, heç kim gedə bilmir. Bir dənə qayıq çatışmır” , – deyə narazı sürücülərdən biri bildirib.

Daha ətraflı Baku TV-nin materialında: