Bakıda həbsxanada daha bir ÖLÜMbackend

Azərbaycanda məhkum həbsdə ölüb. Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb.

Orada cəza çəkən məhkum Feruz Mustafayev dünyasını dəyişib.

Onun xəstəlikdən öldüyü bildirilir.

Qeyd edək ki, bu, 2024-cü il ərzində Bakı həbsxanalarında 27-cı ölüm hadisəsidir.