Bakıda hoteldə oğurluq olub, işçi saxlanılıb.
Bu barədə “Yeni Gundem”-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, paytaxtın Səbail rayonu ərazisində yerləşən hotellərin birindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub. Araşdırmalarla oradan 13 ədəd televizor və 3 mobil telefonun oğurlanması məlum olub.
Ərazi üzrə polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlinin orada işləyən E.İsmayılov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib və o, saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.