Bakıda mağazaya girən maşın aşdı – FOTObackend

Paytaxtın Nərimanov rayonunda yol qəzası olub.

Bu barədə məlumat Baku.ws-in “qaynar xətti”nə daxil olub.

Bildirilib ki, rayonun Ağa Nemətulla küçəsində “Kia Rio” markalı avtomobil sürücüsü idarəetməni itirərək maşını ilə yol kənarında yerləşən mağazaya girib.

Nəticədə maşın çevrilib və sürücü xəsarət alıb.