“Paytaxtın Səbail rayonu ərazisində yerləşən orta məktəbin 10-cu sinif şagirdinin digər şagirdə kəsici alətlə xəsarət yetirməsi barədə polisə məlumat daxil olub”.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən yeniyetmə saxlanılıb:
Hazırda Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.