Bakıda məşhur bazar ləğv olunurbackend

Bakıda “Vasmoy bazarı” kimi tanınan ticarət mərkəzi ləğv olunub.

“Yeni Gundem” “Ölkə.Az”a istinadən xəbər verir ki, “8-ci km Ticarət Mərkəzi” MMC ləğv olunur.
Qeyd edək ki, ötən il şirkət yenidən təşkil olunmuş, ASC-dən MMC-yə çevrilmişdi.

“8-ci km Ticarət Mərkəzi” MMC 2000-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1 031,082 min manat, hüquqi təmsilçisi Məmmədov Rüfat Qubad oğludur.