Bakıda məşhur şirkətin “Galenwagen”i “protiv” getdi – 90-AR-300 – VİDEObackend

Bakıda yol hərəkəti qaydasını pozan sürücünün videosu kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə sentyabrın 26-da, paytaxtın Badamdar şosesində baş verib.

Belə ki, 90-AR-300 qeydiyyat nişanlı “Mercedes Gelandewagen” markalı avtomobilin sürücüsü kəsişmə yerindən çıxan zaman kobud qayda pozuntusuna yol verib. O, 200 metr yaxınlıqdakı geriyə dönmə yerinə getməmək üçün əks yola çıxaraq məsafəni qısaldıb. Daha sonra isə ayırıcı zolağın kəsiyindən sağa keçərək öz yoluna qayıdıb.

Bu qayda pozuntusuna görə, İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsilə 4 bal 150 manat məbləğində cərimə nəzərdə tutulub.

Qeyd edək ki, 90-AR-300 qeydiyyat nişanlı avtomobil “Ceylan” MMC şirkətinə məxsusdur.