Bakıda müəllimi yandıraraq qətlə yetirənə 18 il cəza verilibbackend

Bakıda orta məktəb müəllimini yandıraraq qətlə yetirməkdə təqsirli bilinən Orxan Novruzovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.

Hökmə əsasən təqsirləndirilən Orxan Novruzov 18 il azadlıqdan məhrum edilib.

Prokuror Orxan Novruzovun 20 il müddətinə azadlıqdan mərhum edilməsini istəyib.

Qeyd edək ki, bu il mayın 27-də Lökbatan qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evində yanğın baş verməsi və orada yaşayan 1961-ci il təvəllüdlü Xuraman Həsənovanın üzərində yanıq xəsarəti izləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Cinayət işi üzrə həyata keçirilmiş intensiv istintaq və əməliyyat tədbirləri ilə qeyd edilən cinayət əməlinin 1985-ci il təvəllüdlü Orxan Novruzov tərəfindən şəxsi münasibətlər zəminində törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Orxan Novruzov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Qeyd edək ki, qətlə yetirilən Xuraman Həsənova orta məktəbin müəllimi olub./APA