Bakıda orta aylıq əməkhaqqı artdı: 1 177 manatbackend

Bu ilin yanvar-iyun aylarında Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 177,3 manat olub.

“Yeni Gundem” xəbər verir ki, bu barədə Bakı şəhər Statistika İdarəsi məlumat yayıb.

Bildirilir ki, orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 10,5 % çoxdur.

Ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı il ərzində 11,5 % artaraq bu ilin I yarısında 921,9 manat təşkil edib.