Bakıda “Parlamentarizm: ənənələr və perspektivlər” adlı beynəlxalq konfrans keçirildibackend

Bu gün Milli Məclisin yaranmasının 106-cı il dönümü tamam oldu

“Yeni Gundem” xəbər verir ki, deputat qeyd edib ki, Bugün Bakıda “Parlamentarizm: ənənələr və perspektivlər” adlı beynəlxalq konfransda iştirak etdim.

Konfransda 13 ölkənin parlamentindən və beynəlxalq təşkilatlardan 100-ə yaxın nümayəndə iştirak edib.

Qeyd olundu ki, konfransın məhz bu gün keçirilməsi heç də təsadüfi deyil. Belə ki, Azərbaycan parlamentinin ilk iclası 106 il öncə, məhz dekabrın 7-də keçirilib. Bugün Milli Məclis Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizə böyük uğurlar və qələbələr qazandıran milli inkişaf strategiyasının həyata keçirilməsi prosesinə öz qanunvericilik fəaliyyəti ilə töhfə verir.